Ermənistan və Gürcüstandakı son vəziyyət açıqlandı

27-05-2024, 11:00 114 dəfə baxılıb

 

Məlum olduğu kimi, son günlər güclü yağışlar səbəbindən Gürcüstan və Ermənistanda daşqınlar baş verib. Ermənistanın Lori rayonunda Debed çayı məcrasından çıxıb və bu səbəbdən Gürcüstana gedən dövlətlərarası yol hər iki istiqamətdə bağlanıb.

“Azerinews.az” xəbər verir ki, hazırda hər iki ölkədə daşqınlarla bağlı son vəziyyət açıqlanıb. 

Gürcüstanın Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, ölkədə bu gündən etibarən yaxın günlərdə güclü yağıntı gözlənilmir. Bunun isə çaylarda suyun səviyyəsinin enməsinə səbəb olacağı bildirilir. 

Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti isə ölkənin Lori və Tavuş vilayətlərində müxtəlif yaşayış məntəqələrindən 269 nəfəri təxliyə, daha 120 nəfəri isə təbii fəlakət zonasından xilas edib. Ümumilikdə xilasetmə işlərinə 324 canlı qüvvə cəlb edilib. Bununla yanaşı, ölkənin Ətraf Mühit Nazirliyinin məlumatına görə, Tavuş və Lori vilayətlərində çaylarda suyun səviyyəsi enməyə başlayıb. 

Xatırladaq ki, Ermənistanda daşqın səbəbindən 3 nəfər həlak olub. Gürcüstanda isə güclü yağış azərbaycanlıların kompakt yaşadığı Marneuli, Bolnisi, Dmanisi və Tetriskaro rayonlarında ciddi fəsadlara səbəb olub. Xram və Debet çaylarının daşması nəticəsində 15 kəndlə əlaqə kəsilib. Kvemo-Kartli qubernatoru Giorgi Doxturişvili gecə saatlarından etibarən əhalinin təxliyəsinə başlanıldığını, Marneulidə 15-dən çox ailənin təxliyə edildiyini bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930