Gürcüstanda “Xarici təsir” qanununu spiker imzalayacaq

29-05-2024, 22:00 136 dəfə baxılıb

 “Xarici təsir” qanununu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili imzalayacaq.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə spiker jurnalistlərə açıqlamasında bildirib.

O, vetonun götürülməsindən sonra qanunun imzalanması üçün Prezidentə göndərildiyini qeyd edib.

“Qanun dünən Prezident Administrasiyasına göndərilib. Böyük ehtimal ki, o qanunu imzalamayacaq, ona görə də qanunu mən özüm imzalayacam”, - Papuaşvili deyib.

Qeyd edək ki, Gürcüstan parlamenti ötən gün Prezident Salome Zurabişvilinin “Xarici təsirin şəffaflığı haqqında” qanuna vetosunu ləğv edib. Müxalifətin boykot etdiyi səsvermədə 84 deputat qərarın lehinə, 4 deputat əleyhinə səs verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930