Avropa Parlamentində axtarışlar aparılıb

29-05-2024, 15:38 124 dəfə baxılıb

 

Belçikanın Federal Prokurorluğu, eləcə də Fransanın hüquq-mühafizə orqanları Avropa parlamentinin əməkdaşının iqamətgahında və ofislərində axtarışlar həyata keçirib.

“Azerinews.az” xəbər verir ki, bu barədə məlumatı “The Guardian” yayıb.

Bildirilir ki, adı açıqlanmayan həmin şəxs korrupsiyada və Rusiya ilə əlaqədə ittiham edilir.

Təqsirləndirilən şəxsin Strasburqda da yerləşən ofisində axtarışlar aparılıb. Prokurorluq onun Rusiya ideyalarının təbliğində “əhəmiyyətli rol” oynaması ilə bağlı düşüncədədir.

Məlumata görə, Avropa parlamentinin üzvlərinə müraciətlər edilib və “Voice of Europe” xəbər portalı vasitəsilə Rusiyanın təbliğ edilməsinə görə ödənişlər olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930