Britaniya parlamenti buraxıldı

30-05-2024, 10:31 113 dəfə baxılıb

 

Böyük Britaniya parlamenti mayın 30-da rəsmən buraxılıb.

“Azerinews.az” xəbər verir ki, bu barədə qanunverici orqanın saytında məlumat verilib.

Mövcud qaydalara görə, parlament bu il iyulun 4-nə təyin edilmiş səsvermə gününə 25 iş günü qalmış buraxılmalıdır.

Hazırda İcmalar Palatasının bütün üzvlərinin mandatları vaxtından əvvəl başa çatıb və artıq öz seçicilərini təmsil etmirlər. İstənilən halda onlardan hər hansı biri yenidən namizədliyini irəli sürə bilər.

Bununla belə, Lordlar Palatasının (yuxarı palata) üzvləri isə seçilmədikləri, lakin baş nazirin tövsiyəsi ilə kral tərəfindən təyin olunduqları üçün öz vəzifələrini saxlayırlar.

Xatırladaq ki, mayın 22-də Böyük Britaniyanın baş naziri Rişi Sunak parlamentin buraxıldığını və ölkədə iyulun 4-nə növbədənkənar seçkilərin təyin edildiyini açıqlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031