İranda prezident seçkiləri ilə bağlı kampaniya başladı

30-05-2024, 10:46 112 dəfə baxılıb

 

Bu gündən İranda növbədənkənar prezident seçkiləri ilə bağlı namizədlərin qeydə alınması prosesinə başlanılıb.

“Azerinews.az” xarici mediaya istinadən xəbər verir ki, proses 5 gün davam edəcək. 

Bu dövr ərzində yaşı 40-dan 75-ə qədər olan, minimum magistr dərəcəsinə malik şəxslər potensial namizəd olaraq qeydiyyata düşə bilər. Yekun olaraq bütün namizədlər 12 üzvdən ibarət Konstitusiyanın Müdafiəsi Şurası tərəfindən təsdiq edilməlidirlər. 

Xatırladaq ki, İran Prezidenti İbrahim Rəisi mayın 19-da helikopter qəzası nəticəsində həlak olub. Ölkədə növbədənkənar prezident seçkiləri iyunun 28-də keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930