Ərdoğan G7 sammitində iştirak edəcək

30-05-2024, 11:49 216 dəfə baxılıb

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gələn ay İtaliyada keçiriləcək G7 sammitində iştirak edəcək.

“Azerinews.az” xəbər verir ki, bu barədə məlumatı İtaliya hökuməti açıqlayıb.

Bildirilir ki, Türkiyə Prezidenti ilə İtaliyanın Baş naziri Ciorcia Meloni arasında telefon danışığı baş tutub. Söhbət zamanı Türkiyə sözügedən sammitə dəvət edilib və Ərdoğan tədbirdə iştirakını təsdiqləyib.

Qeyd edək ki, ABŞ, İngiltərə, Kanada, Fransa, Almaniya, İtaliya və Yaponiyadan ibarət G7-nin sammiti bu il iyunun 13-15-də İtaliyanın Puglia bölgəsində baş tutacaq.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031