KİV: Zelenski Səudiyyə Ərəbistanına səfər edəcək

30-05-2024, 16:38 129 dəfə baxılıb

 

Ukrayna Prezidenti Vladimir Zelenski Səudiyyə Ərəbistanına səfər edəcək.

"Azerinews.az" DPA-ya istinadən xəbər verir ki, bu barədə Ər-Riyaddakı Ukrayna səfirliyindən olan diplomatik mənbə bildirib.

Onun sözlərinə görə, Prezident Zelenski iyunun 1-də Səudiyyə Ərəbistanına səfər edəcək. Zelenski qısamüddətli səfər üçün Ciddəyə gələcək və o, burada şahzadə Məhəmməd bin Salman və digər yüksək vəzifəli rəsmilərlə görüşəcək.

Qeyd olunub ki, səfərin məqsədi gələn ay İsveçrədə keçirilməsi planlaşdırılan sülh sammitinə Səudiyyə Ərəbistanının da dəstəyini almaqdır.

Səudiyyə Ərəbistanı Ukrayna müharibəsində neytral mövqe tutmağa çalışıb. Bu ölkə dəfələrlə Rusiya ilə Ukrayna arasında vasitəçilik təklif edib.

Ötən ilin avqustunda Səudiyyə Ərəbistanı Ukrayna ilə bağlı beynəlxalq təhlükəsizlik danışıqlarına ev sahibliyi edib, həmin ilin mayında isə Zelenski Səudiyyə Ərəbistanında keçirilən Ərəb Liqasının illik sammitində iştirak edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031