“Aİ qapılarını Gürcüstana bağlayacaq” - Borreldən sərt açıqlama

24-06-2024, 11:57 124 dəfə baxılıb

 

“Gürcüstan hakimiyyəti indiki siyasi kursunu davam etdirərsə, Avropa İttifaqı bu ölkəyə qapılarını bağlayacaq”.

“Azerinews.az” xarici mediaya istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell deyib.

O qeyd edib ki, belə davam edəcəyi təqdirdə Gürcüstana göstərilən maliyyə dəstəyi də azaldılacaq.

Xatırladaq ki, Gürcüstan parlamenti cari ilin mayın 14-də “Xarici təsirin şəffaflığı haqqında” Qanun layihəsini yekun oxunuşda təsdiqləyib. Qərar ölkədə etiraz aksiyalarına baxmayaraq, qəbul edilib. Mayın 18-də Prezident Salome Zurabişvili qanuna veto qoyub. Mayın 28-də isə parlament onun vetosunu ləğv edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930