Lukaşenko Rusiyadakı səfiri dəyişdi

27-06-2024, 16:46 130 dəfə baxılıb

 

Belarus Prezidenti Aleksandr Lukaşenko respublikanın Rusiyadakı səfiri Dmitri Krutoyu vəzifəsindən azad edib.

“Azerinews.az” “Belta”ya istinadən xəbər verir ki,  onun yerinə keçmiş sənaye naziri Aleksandr Roqojnik bu vəzifəyə təyin olunub.

D. Krutoy isə Lukaşenkonun Administrasiyasının rəhbəri vəzifəsinə gətirilib.

Məlumata görə, o, səfir təyin olunana qədər artıq 2020-ci ildən 2022-ci ilə qədər bu strukturda işləyib.

Həmçinin Lukaşenko Prezident Administrasiyası rəhbərinin birinci müavini Maksim Rıjenkovu respublikanın xarici işlər naziri təyin edib. Daha əvvəl bu postu 2022-ci ilin dekabrından Sergey Aleynik tuturdu.

Fotoda: Dmitri Krutoy 

Fotoda: Aleksandr Roqojnik

Fotoda:Maksim Rıjenkov

Fotoda:Sergey Aleynik







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031