Tramp Baydeni Çindən maliyyə almaqda ittiham etdi

28-06-2024, 10:53 112 dəfə baxılıb

 

ABŞ-nin keçmiş prezidenti və qarşıdan gələn prezident seçkisinə namizəd Donald Tramp seçkiqabağı debat zamanı rəqibi, hazırkı dövlət başçısı Co Baydeni Çindən pul almaqda ittiham edib.

"Bu adamın rəhbərliyi altında indi ölkəmizin tarixində ən böyük ticarət defisitimiz var. Çin ona pul verir. O, Mançuriya namizədidir", - deyə Tramp bildirib.

Qeyd edək ki, "Mançuriya namizədi" ( ing. The Mancurian Candidate ) - 1962-ci ildə baş rollarda Frank Sinatra və Laurens Harvinin çəkildiyi, soyuq müharibə haqqında filmdir. Film Çin tərəfinin hipnoz vasitəsi ilə idarə etdiyi ABŞ-li hərbçinin hekayəsindən bəhs edir. Son illər filmin adı ingilis dilində məişət sözünə çevrilib və xarici dövlətin və ya digər xarici qüvvələrin agentlərini təsvir etmək üçün istifadə olunur.

Mənbə: İz.ru






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031