Avropa İttifaqı Ukrayna ilə bağlı razılığa gələ bilmədi

28-06-2024, 13:41 127 dəfə baxılıb

 

Avropa İttifaqının (Aİ) sammitində Rusiyanın dondurulan aktivlərindən əldə edilən vəsaitlərdən Ukraynaya 50 milyard dollarlıq kreditin verilməsi ilə bağlı razılıq əldə olunmayıb.

"Azerinews.az" xəbər verir ki, Avropa Şurasının rəhbəri Şarl Mişel müzakirələrin davam etdiriləcəyini bildirib.

“Böyük yeddilikdə biz Ukraynaya daha 50 milyard dollar ayıracağımıza söz vermişik. Əminəm ki, yaxın həftələrdə Ukraynaya bu yardım paketini təqdim etmək üçün mühüm qərarlar verəcəyik”, - deyə o qeyd edib.

Bundan əvvəl Aİ sammiti zamanı Ukrayna prezidenti Vladimir Zelenski ilə bu qurum arasında təhlükəsizlik zəmanətləri haqqında saziş imzalanıb. Aİ tərəfdən sazişi Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və Şarl Mişel imzalayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930