Türkiyədə daha bir dəhşətli qəza: Çox sayda yaralı var

1-07-2024, 10:40 145 dəfə baxılıb

 

Türkiyənin Uşak şəhərində sərnişin avtobusu aşıb.

Qəza Afyonkarahisar-Uşak yolunda baş verib. Hadisə nəticəsində azı 11 nəfər yaralanıb. Onlar yaxınlıqdakı xəstəxanalara aparılıblar.

Hadisənin səbəbləri araşdırılır.

Sürücü dindirilmək üçün jandarma bölməsinə aparılıb.

Xatırladaq ki, bir neçə gün öncə Mersində "Akkuyu" AES-in işçilərini daşıyan avtobus qəza törədib. Hadisə nəticəsində iki nəfər həlak olub, 30-dan çox insan yaralanıb.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031