Roma Papası Türkiyəyə səfərə hazırlaşır

1-07-2024, 11:51 182 dəfə baxılıb

 

Roma Papası Fransisk 2025-ci ildə Türkiyəyə səfər etməyi planlaşdırır."Azerinews.az" xəbər verir ki, Papa bu barədə Romada Fənər Rum Patriarxlığının nümayəndə heyəti ilə görüşündə bildirib.

Səfərin məqsədi Birinci Nikeya Şurasının 1700 illik yubileyinin qeyd edilməsində iştirak etməkdir. Papa Fransisk bu səyahəti "bütün qəlbimlə etmək istəyirəm”, - deyə vurğulayıb.

Qeyd edək ki, Roma Papası Fransisk Türkiyəyə ilk dəfə 2014-cü ildə səfər edib.

Roma imperatoru I Konstantin tərəfindən çağırılan Birinci Nikeya Şurası xristianlıq tarixində mühüm rol oynamış, bir sıra mühüm doqmatik məsələləri həll etmişdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031