Paşinyan referendum fikri ilə razı deyil

1-07-2024, 12:27 106 dəfə baxılıb

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Avropa İttifaqına üzv olması ilə bağlı referendumun keçirilməsini məqsədəuyğun hesab etmədiyini bildirib. 

“Azerinews.az” xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.

Bununla belə, o, Ermənistan xalqının Avropa maraqlarının olduğunu qeyd edib.

“Bizə deyirlər ki, xalqın Aİ-yə üzv olmaq ideyasını dəstəklədiyini göstərmək üçün referendum keçirməliyik. Mən özüm demişəm ki, Ermənistan Aİ bunu mümkün hesab etdiyi qədər ittifaqa yaxın olmağa hazırdır. Ermənistan xalqının bu ideyanı dəstəklədiyini düşünməsəydim, belə bir açıqlama verməzdim. Əgər biz referendum keçiririksə, kampaniya təşkil etməliyik. Bu halda insanlar suallar verməyə başlayacaq: necə, nə zaman, Aİ bunu istəyir ya yox? İnsanlar Aİ-nin bizi qəbul etməyə hazır olub-olmadığını soruşacaq. Mən bu suala cavab verə bilmərəm, çünki Aİ daxilində də seçkilərin yekunu ilə bağlı suallar doğuran proseslər baş verir”, - deyə Paşinyan qeyd edib. 

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031