Polşa ATƏT-dəki nümayəndəliyini bağlayır

2-07-2024, 01:00 4 dəfə baxılıb

 

Polşanın xarici işlər naziri Radoslav Sikorski respublikanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı (ATƏT) nümayəndəliyinin bağlanması ilə bağlı qərar qəbul edib.

"Azerinews.az" xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir. Qərarın səbəbi açıqlanmır.

Missiyanın vəzifələrini Polşanın BMT-nin Vyana ofisindəki daimi nümayəndəliyi tərəfindən yerinə yetiriləcək.

 Qeyd edək ki, Polşa 1973-cü ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Konfransın (hazırkı ATƏT) ilk iclasında iştirak edən ölkələrdən biridir. Respublika təşkilata sonuncu dəfə 2022-ci ildə sədrlik edib. ATƏT-in strukturlarından birinin - Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun qərargahı Varşavada yerləşir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031