ADY-də Çin nümayəndə heyəti ilə müzakirə aparıldı - Foto
“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) Çin Xalq Respublikasının Szyansu əyaləti hökumətinin nümayəndə heyəti ilə görüş keçirilib.
“Azerinews.az” xəbər verir ki, görüş zamanı Orta Dəhlizə yeni yüklərin cəlb olunması, iki ölkə arasında qarışlıqlı əlaqələrin mövcud və gələcək inkişaf perspektivlərdən danışılıb.
Bununla yanaşı, hər iki tərəfi maraqlandıran aktual məsələlər və Azərbaycan ərazisindən keçən tranzit daşımaların Çin tərəfindən subsidiyalaşdırılması barədə fikir mübadiləsi aparılıb.
Görüşün yekunu üzrə əməkdaşlığa dair memorandum imzalanıb.
Memorandum tərəflər arasında dəmir yolu nəqliyyatı sahəsində ikitərəfli əlaqələrin inkişafı və Orta Dəhliz üzrə daşımaların həcminin artırılmasına xidmət edəcək.
Qeyd edək ki, Szyansu əyaləti ilə əməkdaşlıq çərçivəsində Çinin bu bölgəsindən Azərbaycana ilk blok qatarı iyunun 20-də yola düşüb və yaxın günlərdə Bakıya çatacaq.