NATO sammitinin əsas hədəfi Putin olacaq

2-07-2024, 15:00 139 dəfə baxılıb

 

Qarşıdan gələn NATO sammiti dünyaya güclü mesaj verməlidir.
"Azerinews.az" xəbər verir ki, bunu amerikalı analitiklər qeyd ediblər. Onlar hesab edirlər ki, Rusiya prezidenti Vladimir Putin sammitin gündəliyində xüsusi fiqur olacaq.

“NATO sammitinin güclü mesajı olacaq. Putin sammitin əlavə gündəm bəndləri üçün xüsusi hədəfdir”.

Ekspertlərin fikrincə, ABŞ prezidenti Co Bayden administrasiyası və NATO müttəfiqləri mühüm hadisə kimi iyulun 9-11-də Vaşinqtonda keçiriləcək sammitə hazırlaşır.

Hazırlıq işi üç əsas istiqamətə cəmlənib: Ukraynanın ötənilki sammitdə NATO-ya üzv olmaq üçün dəvət almaması ilə bağlı narazılığına cavab vermək, Konqresdəki respublikaçıların müdafiə xərcləri ilə bağlı tənqidlərini müzakirə etmək və Ukrayna silahlı qüvvələrinin uğursuz əks-hücumundan sonra Vladimir Putinin hərəkətlərinə toxunmaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031