Dağıstanda niqab qadağası qüvvəyə mindi

3-07-2024, 11:04 125 dəfə baxılıb

 

Xəbər verdiyimiz kimi, Dağıstanda niqab taxmağın qadağan edilməsi müzakirə edilir. 

“Azerinews.az” “Lenta”ya istinadən xəbər verir ki, Dağıstan Müftiliyi respublika ərazisində müvəqqəti olaraq niqab taxılmasını qadağan edən qərarı qəbul edib.

Bu barədə məlumatı isə Dağıstan müftisinin müavini Abdulla Salimov açıqlayıb. 

Bildirilib ki, qadağa müəyyən edilmiş təhdidlər aradan qaldırılana qədər qüvvədə olacaq.

Qadağa isə regionun Milli Siyasət və Dini İşlər Nazirliyinin müraciətinə uyğun olaraq elan edilib. Sözügedən müraciətdə isə respublika əhalisinin təhlükəsizliyinə təhdidlərin olduğundan bəhs edilib. 







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031