Belarus ŞƏT-in tamhüquqlu üzvü oldu

4-07-2024, 10:39 116 dəfə baxılıb

 Belarus Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tamhüquqlu üzvü olub. 

“Azerinews.az” “Kommersant”a istinadən xəbər verir ki, ŞƏT-in Astanada keçirilən sammiti Belarusun təşkilata üzv olması ilə bağlı sənədlərin imzalanması mərasimi ilə başlayıb. 

Bununla da, ölkə təşkilatın onuncu tamhüquqlu üzvü olub. Analoji statusa Hindistan, İran, Qazaxıstan, Çin, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan və Özbəkistan malikdir. 

Qeyd edək ki, Belarus 2010-cu ildən ŞƏT-də dialoq üzrə tərəfdaş, 2015-ci ildən isə müşahidəçi statusunda iştirak edir. 2022-ci ilin sentyabrında Səmərqənddə keçirilən iclasın yekununda ölkənin təşkilata üzv olması prosedurunun başladılması barədə qərar imzalanıb. Belarus bu proses çərçivəsində 40-dan çox müqaviləyə qoşulub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930