Bayden İsraillə HƏMAS-ı təcili barışığa çağırdı

22-08-2024, 08:36 1 dəfə baxılıb


ABŞ Prezidenti Cozef Bayden İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığında Qəzza zolağında atəşkəs razılaşması üzərində işlərin təcili başa çatdırılmasının vacibliyini vurğulayıb.

Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Bayden Netanyahu ilə İsrail və HƏMAS arasında razılaşmaya maneələrin aradan qaldırılması üçün Qahirədə gələcək danışıqları müzakirə edib.

Bundan əlavə, tərəflər HƏMAS, "Hizbullah" və husilər də daxil olmaqla, bütün təhdidlərə qarşı İsraili müdafiə etmək üçün ABŞ-ın gördüyü tədbirlərdən danışıblar.

Xatırladaq ki, avqustun 15-də Dohada Qəzza zolağında atəşkəsə nail olmaq və HƏMAS-ın əlində olan girovların azad edilməsi məqsədilə məsləhətləşmələrin yeni raundu başlayıb. Müzakirələrin ardından Misir, Qətər və ABŞ-nin birgə bəyanatında danışıqların müsbət atmosferdə keçdiyi qeyd edilib.

Bundan əvvəl EFE agentliyi məlumat yayıb ki, Qəzza zolağında münaqişənin həlli istiqamətində aparılan danışıqlarda vasitəçi qismində çıxış edən Misir, Qətər və ABŞ nümayəndə heyətləri danışıqlar prosesinə fasilə vermək qərarına gəliblər.(Teleqraf)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031