Özgür Özəl prezidentliyə namizəd olacaq?

24-08-2024, 15:18 4 dəfə baxılıb


Türkiyədə növbəti prezident seçkilərində namizəd olmayacağam. Bu aydındır.

Bunu CHP sədri Özgür Özəl ölkə mediasına açıqlamasında deyib.

“Daha əvvəl də demişdim. Türkiyə Cümhuriyyətinin 2-ci əsrinin ilk prezident seçkilərində Qazi Mustafa Kamal Atatürkün və hamımızın partiyasını yenidən hakimiyyətə gətirməyə və iqtidar olduğu gecə partiya sədri olmağa namizədəm. Bu, heç də kiçik iradə və ya siyasi məqsəd deyil.

Təsəvvür edin, bir futbol klubudur və mən baş məşqçiyəm. 90-cı dəqiqədə penalti vurulacaq. Bəlkə də penaltini bütün azarkeşlərdən soruşaraq, ən düzgün qərarı verərək, ən doğru seçim kimdirsə onun yerinə yetirməsinə göstəriş verəcəm”, - partiya sədri bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031