Özbəkistan Prezidenti Çinə yollandı

23-01-2024, 14:21 10 dəfə baxılıb

 

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə yanvarın 23-də bu ölkəyə yollanıb.

 "azerinews.az" Özbəkistan KİV-ə istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

“Səfər proqramına yüksək səviyyəli danışıqlar və bir sıra ikitərəfli görüşlər daxildir”, - məlumatda bildirilib.

 Vurğulanıb ki, səfər zamanı Özbəkistan-Çin hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və praktiki əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq.

Qeyd edilib ki, Özbəkistan dövlət başçısı həmçinin Çinin regionlarından birinə səfər edəcək, bu ölkənin aparıcı şirkətlərinin, bank-maliyyə qurumlarının rəhbərləri ilə görüşəcək.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031