Respublikaçılar ABŞ Senatına seçkilərdə öndədir

6-11-2024, 10:32 2 dəfə baxılıb

Respublikaçılar ABŞ Senatına seçkilərdə öndədir

ABŞ-də prezident seçkiləri ilə eyni vaxtda Konqresə keçirilən seçkilərdə Respublikaçılar irəlidədir.

Hələ səslərin hesablanması başa çatmasa da, Respublikaçılar Senatda (ABŞ Konqresinin yuxarı palatası ) 100 yerdən 51-ni qazanıblar. 

Qeyd olunub ki, əvvəlki seçkilərdə Senatda üstünlüyə Demokratlar sahib idi.  

Bununla yanaşı, Respublikaçıların Nümayəndələr Palatasına keçirilən seçkilərdə də öndə olduğu qeyd olunub. 

Xatırladaq ki, hazırda ABŞ-də prezident seçkiləri davam edir. Prezident postu uğrunda Demokratların nümayəndəsi Kamala Harrislə Respublikaçılar Partiyasının namizədi Donald Tramp mübarizə aparır. İlkin qiymətləndirmələrə görə, Tramp hazırda Harrisi üstələyir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930