Zaxarova Ermənistanın KTMT-dəki rolundan danışıb

27-11-2024, 19:00 3 dəfə baxılıb

Zaxarova Ermənistanın KTMT-dəki rolundan danışıb

“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tamhüquqlu üzvü olaraq qalır”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

“Ermənistan bütün müvafiq hüquq və öhdəliklərini özündə saxlayır... Biz təsdiq edirik ki, indiki mərhələdə İrəvanın KTMT çərçivəsində tammiqyaslı əməkdaşlığa qayıtması üçün qapılar açıqdır”, - diplomat bildirib.

Zaxarova əlavə edib ki, Rusiya hər bir ölkənin öz xarici siyasət kursunu müstəqil müəyyən etmək hüququna şübhə etmir. Bununla əlaqədar, departament nümayəndəsinin sözlərinə görə, Moskva Ermənistanın KTMT çərçivəsində birgə işlərdə iştirakının bərpasını gözləyir.

Qeyd edək ki, avqustun sonunda Ermənistanın Baş naziri Nikol Paşinyan  İrəvanın KTMT-nin bütün orqanlarında iştirakını dondurduğunu açıqlamışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930