Parlamentin binasındakı kabinetinin pəncərəsindən tullanan deputat Emil Jamqırçiyev bir ay müddətinə həbs edilib

25-01-2024, 11:37 5 dəfə baxılıb

 

Qırğızıstanda müstəntiqlərdən gizlənərkən parlamentin binasındakı kabinetinin pəncərəsindən tullanan deputat Emil Jamqırçiyev bir ay müddətinə həbs edilib.

Məlumata görə, deputat Emil Jamqırçiyev barəsində MTN-in İstintaq Təcridxanasında həbs qətimkan tədbiri seçilib.

Deputat qərarla razılaşmadığını və vəkili ilə birlikdə buna etiraz edəcəyini bildirib. O, özünü təqsirli saymadığını və ona qarşı irəli sürülən bütün ittihamları da qəbul etmədiyini bildirib.

Deputat Emil Jamqırçiyev dərhal məhkəmə zalından aparılıb.

Xatırladaq ki, yanvarın 9-da Emil Jamqırçiyevin Qırğızıstan parlamentinin içində yoxa çıxması barədə məlumat yayılıb. O, ikinci mərtəbənin pəncərəsindən atılaraq gözdən itib.

Mənbə: tengrinews.kz






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031