İranlı nazir Tramp hökuməti ilə danışıqları mümkünsüz hesab edir

10-02-2025, 15:51 0 dəfə baxılıb

İranlı nazir Tramp hökuməti ilə danışıqları mümkünsüz hesab edir

İranın müdafiə naziri Əziz Nəsirzadə ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi administrasiya ilə danışıqların mümkünsüz olduğunu bildirib, çünki Vaşinqton əvvəlki razılaşmaları heç vaxt yerinə yetirməyib.

O, bu barədə İslam inqilabının qələbəsinin 46-cı ildönümünə həsr olunmuş nümayiş zamanı ISNA agentliyinə açıqlama verib.

"Amerikalılar cəfəngiyyat danışırlar. Biz sanksiyalar və təhdidlər şəraitində danışıqlar aparmırıq. ABŞ-nin indiki hökuməti ilə danışıqlar aparmaq mümkün deyil. Biz onları qəbul etmirik", - o bildirib.

Qeyd edək ki, fevralın 4-də Tramp İrana qarşı ABŞ-nin maksimum təzyiqinin bərpası haqqında fərman imzalayıb. Fərman, xüsusilə, Vaşinqtonun İran neftinin ixracının azaldılmasına yönəlmiş səylərinin aktivləşdirilməsini nəzərdə tutur.

D.Tramp eyni zamanda İran Prezidenti Məsud Pezeşkian ilə görüşün mümkünlüyünü istisna etməyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728