Fransalı siyasətçi Avropa İttifaqını “məhv etməyə” çağırıb - FOTO

26-01-2024, 13:13 3 dəfə baxılıb

 

Fransız “Vətənpərvərlər” hərəkatının lideri Florian Filippo Fransanın kənd təsərrüfatını xilas etmək üçün Avropa İttifaqını “məhv etməyə” çağırıb.

Bu barədə siyasətçi “X” sosial şəbəkəsindəki səhifəsində Brüsselin MERCOSUR (Cənubi Amerikanın ümumi bazarı, Argentina, Braziliya, Uruqvay, Paraqvay və Venesuela arasında iqtisadi və siyasi saziş red.) ilə azad ticarət sazişinin qəbulunu sürətləndirmək qərarını şərh edərkən yazıb.

Onun sözlərinə görə, bu sənəd Fransanın kənd təsərrüfatına ciddi ziyan vuracaq.

“Bu qərar kənd təsərrüfatımızı öldürəcək. Bizi məhv etməmişdən əvvəl AB-ni məhv edək!” – deyə Florian Filippo çağırış edib.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031