Gürcüstandan Rusiya Federasiyasına Yuxarı Larsdan keçən yol yük maşınları üçün bağlanıb

26-01-2024, 14:29 3 dəfə baxılıb



"Azerinews.az" "Sputnik Georcia" ya istinadən xəbər verir ki, “Verxniy Lars” beynəlxalq buraxılış məntəqəsi ilə Gürcüstandan Rusiyaya gedən yol ağır yük maşınları üçün bağlanıb. Bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti məlumat yayıb.

Qar fırtınası və zəif görmə ilə əlaqədar Qudauri-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtomobillərin hərəkəti qadağan edilib.
Mleta-Qudauri və Qudauri-Kobi hissələrində nəqliyyat minik avtomobilləri üçün açıqdır.
Gürcüstan Hərbi Yolu hazırda Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yoludur. Pis hava şəraitinə görə vaxtaşırı bağlanır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031