İrəvanda ABŞ səfirliyi qarşısında etiraz aksiyası keçirilib

22-03-2025, 15:39 6 dəfə baxılıb

İrəvanda ABŞ səfirliyi qarşısında etiraz aksiyası keçirilib

ABŞ-nin İrəvandakı səfirliyi yaxınlığında Pentaqonun Ermənistandakı hərbi-bioloji bazalarına qarşı etiraz aksiyası keçirilib.

“Report” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, vətəndaşlar əllərində “Pentaqonun Ermənistandakı bioloji hərbi bazalarına YOX”, “ABŞ-nin ölümcül hərbi-bioloji laboratoriyalarına YOX”, “ABŞ-nin bioloji laboratoriyaları Ermənistan üçün təhlükə yaradır” yazılmış plakatlar tutublar.

Aksiya iştirakçılarından biri ABŞ səfiri Kristina Kvinin Ermənistanda “persona non qrata” elan edilməsi üçün imza toplanıldığını açıqlayıb.

Etirazçılar bazar ertəsi ABŞ-nin Ermənistandakı səfirinə öz tələblərini əks etdirən məktub təqdim etməyi planlaşdırırlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031