Husilər “USS Harry Truman” təyyarə gəmisi qrupuna 24 saatda üç dəfə hücum edib

2-04-2025, 09:04 8 dəfə baxılıb

Husilər “USS Harry Truman” təyyarə gəmisi qrupuna 24 saatda üç dəfə hücum edib

Yəmənin “Ənsar Allah” hərəkatının husi üsyançıları son 24 saat ərzində Qırmızı dənizdə ABŞ-nin gəmilərinə və təyyarədaşıyan “USS Harry Truman” gəmisinə üç dəfə hücum edib.

Bunu teleqramda qiyamçıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariya bildirib.

"Silahlı Qüvvələrimizin dəniz, raket və pilotsuz uçuş aparatları Qırmızı dənizdə ABŞ-nin "USS Harry Truman" təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi düşmənin hərbi gəmilərinə çoxsaylı qanadlı raket və PUA-lardan zərbələr endirib. Bu, son 24 saat ərzində baş verən üçüncü toqquşmadır", - məlumatda deyilir.

Xatırladaq ki, martın 15-də ABŞ Prezidenti Donald Tramp Yəmən ərazisinin təxminən üçdə birinə nəzarət edən üsyançılara qarşı hərbi əməliyyata başladığını elan edib. O, qərarını husilərin Qırmızı dəniz və Ədən körfəzində ticarət gəmilərinə hücumları ilə izah edib.

Əməliyyatda Qırmızı dənizdə yerləşən "USS Harry Truman" təyyarədaşıyan qrupu iştirak edir. Yəməndə “Ənsar Allah” hərəkatının nəzarətində olan ərazilərə müntəzəm zərbələr endirir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930