Simonyan: Ermənistanın dövlət himni və gerbi dəyişdirilməlidir
"Mənə aydındır ki, Ermənistan Respublikasının himni gec-tez dəyişməlidir, o bizim dövlətimiz və erməni musiqisi ilə əlaqəsi olmalıdır, himnin ifa qaydalarına uyğun olmalıdır.
"xəbər verir ki, bu fikri Emənistan parlamentinin spikeri Alen Simonyan Telegram kanalında yazıb. O, himnlə yanaşı, gerbi dəyişdirilməli olduğunu deyib.
“Mən demirəm ki, onu dahi Aram Xaçaturyanın musiqisi əvəz etsin, amma görünən odur ki, mövcud bizə yad himninin dəyişdirilməsi zərurətdir. Məncə, gerbin dəyişdirilməsi məsələsini də müzakirə etməliyik. Ən azından gerbdə Ermənistan su altında qala bilməz, bu, bəşəriyyətin cəzası idi, o, Facebook-dakı gülüş işarəsinə bənzər şir ola bilməz, Ermənistanı qoruyan qılınc zəncirləmiş ola bilməz”, - Simonyan yazıb.