HAMAS lideri: Girovlarla bağlı təklifi almışıq, müzakirə edirik

30-01-2024, 14:33 2 dəfə baxılıb

"Azerenews.az" "SkyNews"a istinadən xəbər verir ki, bu barədə HAMAS-ın lider İsmayıl Haniyə deyib.

"HAMAS hərəkatı [Paris] iclasında təqdim olunmuş təklifi alıb və bunu araşdırmaq, ona cavab vermək prosesindədir. Prioritet təcavüzü dayandırmaqdır".
İsmayıl Haniyı hər hansı bir razılaşmanın tam və daimi atəşkəs tələb edəcəyini söyləyib.
"Hərəkat hər hansı ciddi və praktiki təşəbbüs və ya ideyaların müzakirəsinə açıqdır, bir şərtlə ki, onlar təcavüzün hərtərəfli dayandırılmasına səbəb olsun... mühasirənin aradan qaldırılması və ciddi məhbus mübadiləsinə nail olsun".
Həmçinin, HAMAS-ın yüksək səviyyəli liderlərinin razılaşma ilə bağlı danışıqlar üçün Misirə dəvət olunduğu da təsdiqlənib.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031