İmran Xanın həyat yoldaşına 14 il həbs verildi

31-01-2024, 11:06 2 dəfə baxılıb

 

Xəbər verdiyimiz kimi, yanvarın 30-u Pakistanın keçmiş Baş naziri, müxalif “Ədalət naminə hərəkat” partiyasının lideri İmran Xan və ölkənin sabiq XİN rəhbəri Şah Mahmud Qureşi dövlət sirri barədə qanunu pozmaqda ittiham edilərək 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

“Azerenews.az” “Dawn” qəzetinə istinadən xəbər verir ki, Pakistan məhkəməsi İ.Xan və onun həyat yoldaşı Büşra Bibi barəsində daha bir qərar verib.

Belə ki, Xan və həyat yoldaşı korrupsiyada ittiham olunaraq 14 il müddətinə azadlıqdan məhrum olunublar.

Onu da qeyd edək ki, İmran Xan 2018-2022-ci illərdə Pakistanın Baş naziri olub. Məhkəmə 2023-cü ilin avqustunda çirkli pulların yuyulması ittihamı ilə ona 3 illik həbs cəzası verib və sabiq Baş naziri təqribən 1,2 min dollar məbləğində cərimələyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930