Qazaxıstan Bolqarıstanın neft məhsulları bazarında iştirakını genişləndirə bilər

9-06-2025, 11:38 4 dəfə baxılıb

Qazaxıstan Bolqarıstanın neft məhsulları bazarında iştirakını genişləndirə bilər

Qazaxıstan neft qiymətlərinin əlverişli olacağı təqdiqdə Bolqarıstanın neft məhsulları bazarında iştirakını genişləndirə bilər.

Bunu jurnalistlərə "Samruk-Kazına" Milli Rifah Fondunun rəhbəri Nurlan Jakupov bildirib.

"Qazaxıstanın Bolqarıstanın neft məhsulları bazarında iştirakının genişləndirilməsi neftin qiymətindən asılı olacaq. Genişlənmə iqtisadi əhəmiyyət və kommersiya cəlbediciliyi olduğu halda mümkündür", - N.Jakupov qeyd edib.

O "KazMunayQaz" SC-nin törəmə şirkəti olan "Rompetrol" şirkətinin Bolqarıstanda 56 yanacaqdoldurma məntəqəsi və terminaldan ibarət şəbəkəyə malik olduğunu xatırladıb.

"Bolqarıstanın neft məhsulları bazarında 3,7 % pay sahibiyik", - fondun rəhbəri əlavə edib.

O hesab edir ki, Qazaxıstanın bu seqmentdə payının artırılması üçün potensial var.

N.Jakupov həmçinin Qazaxıstanın Bolqarıstanda neft emalı zavodu ala bilib-bilməyəcəyi barədə suala cavab verməkdən yayınıb və bu layihəni "kommersiya baxımından həssas" adlandırıb. (“Report”)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930