Bolqarıstanın Varna və Burqas limanları Orta Dəhlizin bir hissəsi ola bilər

9-06-2025, 14:30 2 dəfə baxılıb

Bolqarıstanın Varna və Burqas limanları Orta Dəhlizin bir hissəsi ola bilər

Bolqarıstanın Qara dənizdəki Varna və Burqas limanları Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) bir hissəsi ola bilər.

Bununla bağlı razılaşma Bolqarıstan Prezidenti Rumen Radev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında bu gün Astanada aparılan danışıqlar nəticəsində əldə edilib.

"Danışıqların yekunu üzrə nəqliyyat və logistika sahəsində əməkdaşlığın aktuallığı da qeyd edilib. Tərəflər Burqas və Varna dəniz limanlarının artıq ən mühüm strateji ticarət marşrutlarından birinə çevrilmiş Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinə qoşulması məsələsi üzərində işləməyi razılaşdırıblar", - məlumatda qeyd olunub.

Kasım-Jomart Tokayev hesab edir ki, bu istiqamətdə fəaliyyətin aktivləşdirilməsi üçün iqtisadi əməkdaşlıq üzrə Qazaxıstan-Bolqarıstan Hökumətlərarası Komissiyasının mexanizmlərindən səmərəli istifadə etmək lazımdır.

"O, komissiya çərçivəsində nəqliyyat-logistika sahəsində əməkdaşlıq üzrə birgə işçi qrupunun yaradılmasını təklif edib", - məlumatda vurğulanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930