Əli Əsədov: Azad edilmiş ərazilər Azərbaycana investisiyaların artırılması üçün imkanlar yaradır

10-06-2025, 17:02 4 dəfə baxılıb

Əli Əsədov: Azad edilmiş ərazilər Azərbaycana investisiyaların artırılması üçün imkanlar yaradır


Azərbaycanın azad edilmiş əraziləri - Qarabağ və Şərqi Zəngəzur - ölkəyə investisiyalar üçün yeni imkanlar yaradır.

Bu barədə bu gün IV Daşkənd İnvestisiya Forumunun açılışında çıxış edən Azərbaycan Baş naziri Əli Əsədov bəyan edib.

Onun sözlərinə görə, Qarabağda hazırda genişmiqyaslı tikinti-bərpa işləri aparılır.

"Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə yaranan yeni reallıqları nəzərə alsaq investisiya əməkdaşlığı üçün yaxşı perspektivlər açılır. Bu gün həmin torpaqlarda biz genişmiqyaslı bərpa işləri aparırıq. Fürsətdən istifadə edərək, işğaldan azad edilmiş Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəbin və Kurmanqazı adına Yaradıcılıq Mərkəzinin açılışını xüsusi qeyd etmək istəyirəm. Bunlar Özbəkistan və Qazaxıstan prezidentlərinin hədiyyəsi kimi tikilib", - o əlavə edib.

Ə.Əsədov qeyd edib ki, Azərbaycan xalqı bu hədiyyələrə görə Özbəkistan və Qazaxıstana minnətdardır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930