Si Cinpin Qazaxıstana səfər edəcək

11-06-2025, 09:11 6 dəfə baxılıb

Si Cinpin Qazaxıstana səfər edəcək

Çin sədri Si Cinpin 16-17 iyun tarixlərində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Astanaya səfər edəcək.

Bu barədə “Akorda”nın mətbuat xidməti məlumat yayıb.

“Səfər zamanı ali səviyyədə ikitərəfli görüş keçirilməsi planlaşdırılır ki, burada Qazaxıstan – Çin hərtərəfli strateji tərəfdaşlığının daha da dərinləşdirilməsi məsələləri müzakirə olunacaq.

Astanada iyunun 17-də region dövlət başçılarının iştirakı ilə ikinci “Mərkəzi Asiya – Çin” sammiti keçiriləcək”, – məlumatda deyilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930