Azərbaycan və Belarus müdafiə nazirləri hərbi əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər

17-06-2025, 13:49 3 dəfə baxılıb

Azərbaycan və Belarus müdafiə nazirləri hərbi əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Minskdə belaruslu həmkarı general-leytenant Viktor Xrenin ilə danışıqlar aparıb.

Bu barədə “Report” Belarus müdafiə nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata görə, danışıqlar zamanı tərəflər ikitərəfli hərbi əməkdaşlığın cari vəziyyətini müzakirə edib. Qarşılıqlı maraq doğuran sahələrdə onun intensivləşdirilməsi yollarını müəyyənləşdiriblər.

Z.Həsənov qeyd edib ki, Azərbaycan Belarus ilə hərbi və hərbi-texniki əməkdaşlığı yüksək qiymətləndirir: "Nümayəndə heyətlərinin mübadiləsi təkcə təcrübə mübadiləsi deyil, həm də ölkələrimizin yaxınlaşmasıdır".

Belarusun müdafiə naziri öz növbəsində vurğulayıb ki, Azərbaycanla əməkdaşlıq yüksək etimad səviyyəsi ilə fərqlənir: "Belarus və Azərbaycan arasında əməkdaşlıq açıq xarakter daşıyır və yüksək səviyyəli çoxtərəfli dialoq ilə fərqlənir. Bunun ən yaxşı təsdiqi iki ölkənin prezidentləri Aleksandr Lukaşenko və İlham Əliyev arasında dostluq və etimad münasibətləridir. Bir daha hərbi sahədə ikitərəfli münasibətlərimizin yüksək səviyyəsini, ən əsası isə onların daha da dərinləşdirilməsi üçün qarşılıqlı maraq və potensialın mövcudluğunu vurğulamaq istəyirəm".










Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930