Vəfa Yaqublu: Sertifikasiya imtahanları müəllimlər arasında sağlam rəqabət yaradır

17-06-2025, 14:30 4 dəfə baxılıb

Vəfa Yaqublu: Sertifikasiya imtahanları müəllimlər arasında sağlam rəqabət yaradır

10 il sonra məktəblərdə sertifikasiya imtahanlarını yüksək bilikli müəllimlər keçirəcək.

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu Təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı brifinqdə deyib.

O bildirib ki, bununla da valideynlər artıq övladları üçün yaxşı məktəb axtarışında olmayacaqlar:

“Bu prosesdə müəllimlər də maraqlıdır. Çünki bu, müəllimlər arasında sağlam rəqabət yaradır. Əvvəl maaşında 10 faiz artım alan müəllim indi öz üzərində işləyərək 35 faiz artıma düşmək istəyəcək. Sağlam rəqabət isə inkişafa aparır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031