DİM sədri: 700 bal toplamadığı üçün valideyn övladının nəticəsini yetərli saymır

18-06-2025, 12:00 3 dəfə baxılıb

DİM sədri: 700 bal toplamadığı üçün valideyn övladının nəticəsini yetərli saymır

Bəzən şagird yüksək nəticə göstərsə də, 700 bal toplamayıb deyə valideyn narazılıq edir.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə Aztv-nin "Hədəf" verilişində deyib.

O bildirib ki, valideynlər öz məsuliyyətlərini uşaqların üstünə atmamalıdır:

“Valideyn uşağına motivasiya verməyi bacarmalıdır. İkinci məsələ isə ailənin uşaqdan gözləntisidir. Elə bil ki, ailənin hər bir gələcəyi imtahanın nəticəsindən asılıdır. Ola bilər ki, uşaq yüksək nəticə göstərib, amma 700 bal toplamayıb deyə valideyn narazıdır. Valideynlər məsuliyyətlərini yeniyetmələrin üzərinə atmamalıdır”.

M.Abbaszadə qeyd edib ki, bəzi hallarda 300 bal toplayan uşaqdan valideyn həkim olmağı tələb edir:

"Bunu hansısa bir faciəyə çevirmək olmaz. Əmək bazarı hər gün dəyişir. Kənd təsərrüfatında elə ixtisaslar var ki, onlara tələbat daha yüksəkdir. Ola bilər ki, yaxşı baytar sıravi həkimdən daha çox pul qazanır. Buna baxmayaraq həmin ixtisasları seçənlər azdır. Ona görə də, düzgün seçim önəmlidir. Bu ixtisasları seçib əmək bazarında yer tutmaq daha asandır”.

O əlavə edib ki, bu il qəbul üzrə 60 min plan yeri var və yaxşı nəticə göstərən hər kəs öz biliyinə uyğun ali məktəbə qəbul ala bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930