Yenidən prokuror təyin olundular

18-06-2025, 17:09 5 dəfə baxılıb

Yenidən prokuror təyin olundular

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayon prokuroru Emil Abdullayev ikinci səlahiyyət müddətinə həmin rayon prokuroru vəzifəsinə təyin edilib.

Müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan Emil Abdullayev əvvəllər Sədərək Rayon Prokurorluğunda müstəntiq, Naxçıvan MR İstintaq şöbəsinin prokuror-kriminalisti və Naxçıvan MR prokurorunun beynəlxalq əlaqələr üzrə köməkçisi vəzifələrində işləyib.

Baş prokurorun digər Əmri ilə Naxçıvan Muxtar Respublikasının Sədərək rayon prokuroru vəzifəsini icra edən Ramiz Novruzov həmin vəzifəyə yenidən təyin edilib.

Müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan Ramiz Novruzov əvvəllər Şahbuz rayon prokurorunun köməkçisi, Şərur rayon prokurorunun böyük köməkçisi və böyük müstəntiqi, Şərur rayon prokurorunun müavini və Şahbuz rayon prokuroru vəzifələrində işləyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930