Ərdoğan: Kahramanmaraşdakı "Azərbaycan məhəlləsi"ndə 49 min 56 iş və yaşayış yeri inşa olunub

19-06-2025, 11:25 9 dəfə baxılıb

Ərdoğan: Kahramanmaraşdakı "Azərbaycan məhəlləsi"ndə 49 min 56 iş və yaşayış yeri inşa olunub

 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda Azərbaycanın dəstəyi ilə inşa edilən "Azərbaycan məhəlləsi" barədə paylaşım edib.

Prezident "X" sosial media hesabında etdiyi paylaşımda zəlzələ bölgəsində salınan məhəllədəki mənzillər və digər infrastruktur barədə məlumat verib.

Onun sözlərinə görə, məhəllədə 49 min 56 iş və yaşayış yeri inşa olunub.

Ərdoğan qeyd edib ki, bununla da zəlzələdən sonra təhvil verilən mənzil sayı 250 minə çatıb.

Xatırladaq ki, 2023-cü il fevralın 6-da Türkiyədə mərkəzi Kahramanmaraş olan 7,7 və 7,6 bal gücündə dağıdıcı zəlzələlər baş verib. Zəlzələ nəticəsində 50 mindən çox insan həyatını itirib, 100 mindən çox adam isə müxtəlif bədən xəsarətləri alıb. Fəlakət zamanı ümumilikdə 38 min 901 bina dağılıb.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031