Ceyhun Bayramov iordaniyalı həmkarı ilə regional təhlükəsizliyi müzakirə edib

21-06-2025, 16:07 7 dəfə baxılıb

Ceyhun Bayramov iordaniyalı həmkarı ilə regional təhlükəsizliyi müzakirə edib


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyası çərçivəsində iordaniyalı həmkarı Ayman Safadi ilə görüşərək regional təhlükəsizliyi müzakirə edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirlər görüş zamanı ikitərəfli münasibətlərin inkişafını müzakirə edib, regional təhlükəsizlik barədə fikir mübadiləsi aparıb, həmçinin beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsinə sadiqliyi təsdiqləyiblər.

Tərəflər həmçinin İsrail-İran münaqişəsi nəticəsində artan regional qeyri-sabitliklə bağlı narahatlıqlarını ifadə ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031