Böyük Qayıdışa dair II Dövlət Proqramının hazırlanması üzrə İşçi qrupun nəzdində alt işçi qruplar yaradılıb

24-06-2025, 17:03 4 dəfə baxılıb

Böyük Qayıdışa dair II Dövlət Proqramının hazırlanması üzrə İşçi qrupun nəzdində alt işçi qruplar yaradılıb

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması üzrə İşçi qrupun nəzdində alt işçi qruplar yaradılıb və tərkibi təsdiq edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov sərəncam imzalayıb.

Sərəncamla İşçi qrupun rəhbəri 2025-ci il oktyabrın 1-dək təqdim edilən təkliflərin İşçi qrupda müzakirəsini təşkil edərək Dövlət Proqramının ilkin icmal layihəsinin hazırlanması üçün Azərbaycan İqtisadiyyat Nazirliyinə göndərilməsini təmin etməlidir.

İqtisadiyyat Nazirliyi isə Dövlət Proqramının ilkin icmal layihəsini 2025-ci il noyabrın 1-dək İşçi qrupun rəhbərinə təqdim etməlidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930