İstanbul ətrafında meşə yanğınlarını 700 canlı qüvvə və 7 təyyarə söndürür

4-07-2025, 07:08 12 dəfə baxılıb

İstanbul ətrafında meşə yanğınlarını 700 canlı qüvvə və 7 təyyarə söndürür

İstanbulun Silivri qəsəbəsində meşə yanğınını təxminən 700 canlı qüvvə və 7 təyyarə söndürür, 50 evin sakinləri təxliyə edilib.

Bu barədə yerli NTV telekanalı xəbər verir.

Məlumatda qeyd olunur ki, yanğının söndürülməsində 7 təyyarə, 3 helikopter, 56 yanğınsöndürən maşın və 691 nəfər iştirak edir.

Məlumata əsasən, İzmir vilayətində meşə yanğınları səbəbindən bir neçə yaşayış məntəqəsinin sakinləri təxliyə edilib, bölgədəki hava limanları və kurort zonası olan Çeşməyə gedən əsas magistral yollardan biri bağlanıb.

Hadisə nəticəsində bir meşə təsərrüfatı işçisi və bir mülki şəxs həlak olub.

Həmçinin, Krit adasının cənub-şərq sahilinin ən azı 3 rayonunda meşələr yanır, yerli sakinlər təxliyə edilir.

Bundan əvvəl Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı bildirib ki, ölkə ərazisində mübarizə aparılan 9 böyük təbii yanğından 6-sı nəzarət altına alınıb.

İyunun 30-da məlum olub ki, Türkiyədə genişmiqyaslı meşə yanğınları səbəbindən 50 mindən çox sakin təxliyə edilib. .






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031