Emin Əmrullayev: "Azərbaycan millisi ölkə qadın basketbolu tarixində ilkə imza atdı"

5-07-2025, 10:23 8 dəfə baxılıb

Emin Əmrullayev: "Azərbaycan millisi ölkə qadın basketbolu tarixində ilkə imza atdı"

18 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının B divizionunun ilk oyununda əzmkar qələbə qazanaraq ölkə qadın basketbolu tarixində ilkə imza atıb.

Bu barədə Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev şəxsi feysbuk hesabında yazıb.

ABF rəhbəri tarixi qalibiyyət münasibəti ilə yığmanı təbrik edib: "Sizə afərin, sizə əhsən. Böyük qələbələrimiz hələ irəlidədir. Uğurlar".

Qeyd edək ki, Azərbaycan millisi ötən gün Bosniya və Herseqovina seçməsini 83:81 hesabı ilə üstələyib. Komanda qrupda növbəti oyunu bu gün, Bakı vaxtı ilə saat 21:30-da Ukrayna seçməsinə qarşı keçirəcək.

   






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930