Alimlər alzheymer xəstəliyinin inkişafında ehtimal olunan mərhələlərin adını açıqlayıblar

8-07-2025, 10:00 13 dəfə baxılıb

Alimlər alzheymer xəstəliyinin inkişafında ehtimal olunan mərhələlərin adını açıqlayıblar

ABŞ-nin “UCLA Health” (Los-Ancelesdəki Kaliforniya Universiteti ilə əlaqəli Dövlət Səhiyyə Sistemi - red.) alimləri ilk dəfə olaraq insanda alzheymer xəstəliyini inkişaf etdirə biləcəyi 4 xarakterik ssenarini müəyyən ediblər.

Araşdırmanın nəticələri "eBioMedicine" jurnalında dərc olunub.

Fərdi risk faktorlarını nəzərdən keçirmək əvəzinə, tədqiqat 24 mindən çox xəstəlik tarixçəsini təhlil edib və nəticədə xəstəlikdən əvvəl təkrarlanan diaqnostik zəncirlər aşkarlanıb.

Mütəxəssislər xəstəliyin dörd əsas "yolu"nu müəyyən ediblər: psixi pozğunluqlar, beyin fəaliyyətinin pozulması, idrakın tədricən azalması və damar xəstəlikləri. Məlum olub ki, məsələn, hipertoniyadan sonra yaranan depressiya gələcək demensiyanın güclü göstəricisi ola bilər.

Müəlliflər vurğulayıblar ki, alzheymer xəstəliyinin mərhələlərini başa düşmək diaqnoz və müalicəyə yanaşmaları kökündən dəyişə bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930