Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb

8-07-2025, 11:00 7 dəfə baxılıb

Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın Nobel sülh mükafatına namizədliyini irəli sürdüyünü açıqlayıb.

İsrailin Nazirlər Kabinetinin rəhbəri bunu Ağ Evdə Amerika lideri ilə görüşdə deyib.

"Mən sizə Nobel Komitəsinə göndərdiyim məktubu vermək istəyirəm. O, sizi sülh mükafatına namizəd göstərir. Siz buna layiqsiniz və onu almalısınız", - Netanyahu deyib.

O əlavə edib ki, Trampın dünyada və xüsusilə Yaxın Şərqdə sülh və təhlükəsizliyə nail olmaq səylərini yüksək qiymətləndirir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930