Penitensiar xidmətdə birinci yarımilinin yekunlarına dair əməliyyat müşavirəsi keçirilib

17-07-2025, 17:08 13 dəfə baxılıb

Penitensiar xidmətdə birinci yarımilinin yekunlarına dair əməliyyat müşavirəsi keçirilib

Ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidovun rəhbərliyi ilə 2025-ci ilin birinci yarımilinin yekunlarına dair əməliyyat müşavirəsi keçirilib.

Bu barədə Xidmətdən məlumat verilib.

Müşavirədə açılış nitqi ilə çıxış edən nazir müavini bildirib ki, ədliyyə naziri III dərəcəli dövlət ədliyyə müşaviri Fərid Əhmədovun tapşırıq və tövsiyələrinə əsasən ötən dövrdə qanunçuluğun möhkəmləndirilməsi, fəaliyyətdə şəffaflığın artırılması və nizam-intizamın gücləndirilməsi, o cümlədən infrastrukturun yenilənməsi, məhkum və həbs edilmiş şəxslərin saxlanma şəraitinin yaxşılaşdırılması, peşəkar kadr korpusunun formalaşdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilib.

Daha sonra Penitensiar xidmətin rəis müavini ədliyyə general-mayoru Oqtay Məmmədov hesabat dövrü ərzindəki fəaliyyətin yekunlarına dair məruzə ilə çıxış edib, tabe qurumların rəhbərlərinin məruzələri dinlənilib.

Əməliyyat müşavirəsinə yekun vuran nazir müavini məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının təmini, əməliyyat-axtarış və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, rejim və davranış qaydalarına riayət olunması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsinə dair mühüm tapşırıqlar verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031