Əhməd əş-Şaraa: Suriya separatçı layihələr üçün meydan deyil

19-07-2025, 14:25 4 dəfə baxılıb

Əhməd əş-Şaraa: Suriya separatçı layihələr üçün meydan deyil

Suriya separatçı layihələr üçün meydan deyil.

Bunu ölkə Prezidenti Əhməd əş-Şaraa Süveyda əyalətindəki vəziyyətlə bağlı bəyanatında bildirib.

Prezident vurğulayıb ki, bütün druz icmasını ayrı-ayrı şəxslərin hərəkətlərinə görə mühakimə etmək olmaz, Süveyda sakinlərinin əksəriyyətinin dövləti dəstəklədiyini, kiçik bir qrupun etiraz etdiyini qeyd edib.

O, Suriyanın ərazi bütövlüyünə dəstəyinə görə ABŞ-a təşəkkür edərək bildirib: ”Suriya separatçı layihələr üçün meydan deyil”.

Əhməd əş-Şaraa qəhrəmanlıq mövqeyinə görə qəbilələrə təşəkkür edərək rəsmi mövqeyi müdafiə edənləri dərhal atəşkəsə çağırıb.

Xatırladaq ki, Azərbaycanın Xarici İşlər Nazirliyi də ötən gün Suriyanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyinə dair bəyanat yayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031